Fəlsəfə

  • Tarixin mühərriki, onu bir sonrakı mərhələyə keçirən qüvvə hansısa “Ruh”, “Ağıl”, “İdeya” yox – insanın əməli fəaliyyətidir. Tarix bəşər tarixdir. Hegelçi dialektikanın verilmiş labüd sonluq – mütləq azadlıq müddəasına qarşı isə Marks “inqilabi fəaliyyət”in nəticəsində qazanılan azadlığı qoyurdu; “Azadlıq - [insanın əməli fəaliyyəti olmaq etibarilə] tarixi münasibətlər onunla nəticələnəcəkdir”. [...]

Tarix

Kitab

  • “Manifest” barədə V.Lenin yazmışdı: “Bu balaca kitab 2 bütöv cildə dəyər: onun ruhu ilə hələ də sivil dünyanın bütün təşkilatlanmış və mübarizə aparan proletariatı yaşayır və hərəkət edir”. Bu sözlərin deyildiyi vaxtdan 120 il keçib - biz isə təkrarlaya bilərik: “Bəli. Hələ də”. [...]

İqtisadiyyat

Antropologiya

  • Aydındır ki, universal kateqoriya kimi, məhz insan haqları bir tərəfdən mədəni fərqlərin qorunması və hörmət edilməsini təmin edən meyar olmalı, digər tərəfdən isə bu fərqlərin absurd dərəcəyə çatdırılmasına və insanın bir dəyər olaraq gözardı edilməsinə imkan verməməlidir. [...]

Müsahibə

  • Bütün bu investorlar sadəcə pul yatırırlar, onlar orada yaşamağa hazırlaşmırlar. Daşınmaz əmlak sadəcə maliyyə aktivinə çevrilib. Heç kim bilmir Çində nə qədər boş şəhərlər və evlər var. Peyklərdən çəkilmiş şəkillər var ki, orada son 20 ildə tikilmiş operaları, teatrları, göydələnləri olan şəhərlər boşdur. İspaniyada hədsiz sayda daşınmaz əmlak tikildi – indi isə bu obyektləri heç 5 ilə də satmaq mümkün deyil. Çox sayda ekspertlər hesab edirlər ki, dünya daşınmaz əmlak bazarında tam miqyaslı böhranın olmamasının səbəbi dövlətin qiymətləri saxlamasıdır. Şəhərlərə çox iri kapitallar gəlir, amma onların məqsədi şəhər yaratmaq yox gəlir yaratmaqdır. Bu investisiyalarda urbanistik məntiq yox, maliyyə məntiqi var. [...]

Sosiologiya

Mədəniyyət

  • Nə Marks, nə də marksist nəzəriyyəçilər kütlələri bir təhdid olaraq görmürdü. Əksinə, onlar ənənəvi birlikləri dağılmış və atomlaşmış bu kütlələrin yeni bir sinfi birlik içərisində birləşəcəyini və “kapital yığımını” ələ keçirərək inqilabı reallaşdıracağını irəli sürürdü. Lakin mədəniyyəti ideologiya ilə birlikdə nəzərdən keçirən marksistlər, digər tərəfdən, kütləvi mədəniyyətin (ideoloji) manipulyasiyasını da tənqid edirdi. [...]