Articles by Loğman Qasımov

Spekulyasiya olunmayan şəhər

25/04/2015

Bütün bu investorlar sadəcə pul yatırırlar, onlar orada yaşamağa hazırlaşmırlar. Daşınmaz əmlak sadəcə maliyyə aktivinə çevrilib. Heç kim bilmir Çində nə qədər boş şəhərlər və evlər var. Peyklərdən çəkilmiş şəkillər var ki, orada son 20 ildə tikilmiş operaları, teatrları, göydələnləri olan şəhərlər boşdur. İspaniyada hədsiz sayda daşınmaz əmlak tikildi – indi isə bu obyektləri heç 5 ilə də satmaq mümkün deyil. Çox sayda ekspertlər hesab edirlər ki, dünya daşınmaz əmlak bazarında tam miqyaslı böhranın olmamasının səbəbi dövlətin qiymətləri saxlamasıdır. Şəhərlərə çox iri kapitallar gəlir, amma onların məqsədi şəhər yaratmaq yox gəlir yaratmaqdır. Bu investisiyalarda urbanistik məntiq yox, maliyyə məntiqi var. [...]

Sinfi strukturun müasir marksist konsepsiyaları və solun sosial bazası

21/06/2014

Azərbaycan əsasən xammal iqtisadiyyatı modelindən istifadə edərək iqtisadiyyatın müəyyən hissəsini nəzarətdə saxlayan, həmçinin burjuaziyanın, oliqarxiyanın və bürokratiyanın maraqlarına uyğun iqtisadiyyata malik ölkədir. Burada hansısa unikal modeldən söhbət gedə bilməz, çünki bu, periferiya kapitalizminə çox xarakterik bir modeldir və bir çox postsovet ölkələrində də vəziyyət bu cürdür. [...]

İstehlak cəmiyyəti

17/02/2014

Biz konserv əsrində yaşayırıq. (…) Daha fikirləşmək lazım deyil. Artıq hər şey bizim əvəzimizə düşünülüb, başa düşülüb və hətta yaşanılıb da. Konservlər! Sadəcə bankanı açmaq qalıb. Gündə üç dəfə evə çatdırılma. Heç nə əkmək, becərmək, qaynatmaq lazım deyil dalğınlıq, şübhə və kədər ocağında. (Erix Mariya Remark. Zəfər tağı) [...]