TARİX

Mübarizə Şəhərinin Qısa Tarixçəsi

31/03/2015

Kapitalist münasibətlər inkişaf etdikcə, şəhər məfhumu kapitalizm üçün əsas dayaq nöqtələrindən birinə çevrilir və o, təkcə yaşayış məskəni deyil, həmçinin, istehsal və izafi dəyərin yarandığı, mövcud olan ictimai-iqtisadi formasiyanın ya da istehsal formasının yenidən istehsal edildiyi bir məkana çevrilir. Artıq şəhər məkanı özü əmtəəyə çevrilir və təkrar istehsal edilir. [...]

“Sülh və həmrəyliy”in tarixindən

16/06/2014

“İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi siniflər mübarizəsi tarixi olmuşdur”. Ancaq bu sadə (hətta bəsit) həqiqətin gün üzünə çıxdığı heç iki əsr deyil. Əzilən siniflər bu həqiqətlə bərabər onu da anladılar ki, “başqa bir dünya mümkündür” və o dünyanı qurmaq üçün “bütün ölkələrin proletarlarının birləşməsi”ndən başqa çıxış yolu yoxdur. [...]

Azərbaycanda Sol hərəkatın tarixi (II yazı)

15/06/2014

Lev Trotski “Tarixin ironik çırtması” adlı məqaləsini yazır və Bakı hadisələrini təhlil edir: “Həqiqətən də, inqilabi problem - yeni “namuslu” nazirlərin seçimində yox, hakimiyyətin yeni mahiyyətindədir. Bakıdakı hadisələr göstərir ki, köhnə hakimiyyət hansı azğınlıqla öz mövqelərinin müdafiəsinə qalxacaq. Bu Bakı qiyamı öz mənalılığında Dumadakı bütün müzakirələrdən daha parlaq və aydındır!” [...]

Azərbaycanda Sol hərəkatın tarixi (I yazı)

15/02/2014

1903-cü ilin yayında Bakını tətillər dalğası bürüdü. 20 gün davam edən etirazlar tezliklə imperiyanın digər cənub vilayətlərinə də sıçradı. Tarixçilər Bakı tətillərini “Cənubi Rusiyada ilk ümumi tətil” adlandırırlar. İstər iqtisadi, istər siyasi nəticələrinə görə çox böyük iz qoyan və Bakı proletariatının ilk mütəşəkkil çıxışı olan bu tətillərin təsvirinə keçməzdən əvvəl onun səbəbləri və o illərin Bakısının vəziyyətini gözdən keçirməyə ehtiyac var. [...]