MÜSAHİBƏ

Spekulyasiya olunmayan şəhər

25/04/2015

Bütün bu investorlar sadəcə pul yatırırlar, onlar orada yaşamağa hazırlaşmırlar. Daşınmaz əmlak sadəcə maliyyə aktivinə çevrilib. Heç kim bilmir Çində nə qədər boş şəhərlər və evlər var. Peyklərdən çəkilmiş şəkillər var ki, orada son 20 ildə tikilmiş operaları, teatrları, göydələnləri olan şəhərlər boşdur. İspaniyada hədsiz sayda daşınmaz əmlak tikildi – indi isə bu obyektləri heç 5 ilə də satmaq mümkün deyil. Çox sayda ekspertlər hesab edirlər ki, dünya daşınmaz əmlak bazarında tam miqyaslı böhranın olmamasının səbəbi dövlətin qiymətləri saxlamasıdır. Şəhərlərə çox iri kapitallar gəlir, amma onların məqsədi şəhər yaratmaq yox gəlir yaratmaqdır. Bu investisiyalarda urbanistik məntiq yox, maliyyə məntiqi var. [...]

Mirvari Qəhrəmanlı ilə müsahibə

23/06/2014

... Məsələn, dənizdə işləyən işçilər müəyyən əlavə ödənişlər alırlar ki, mən buna “qan pulu” deyirəm. Onlar gecələri yatmırlar, çətin şəraitdə işləyirlər, 15 gün ailədən uzaq qalırlar. Buna görə onların ödənişi yüksəkdir. Amma onların tarif maaşı 300 manatdır. Bu gün quruda işləyən neft çıxarma operatorunun əmək haqqı 330 manatdır. Quruda işləyən işçi 500 manatdan yüksək maaş almır. Dediyim səbəblərdən dənizdə işləyən işçi 1000 manat alsa da, bu məbləğ onun gördüyü işin heç bir şəkildə qarşılığı ola bilməz. Azərbaycan neftçisi çəkdiyi əziyyətin qarşılığını almır və almayacaq da, çünki getdikcə hasilat azalır. [...]

Boris Kaqarlitski ilə müsahibə

22/06/2014

Qafqaz regionu digər postsovet regionlarından daha mürəkkəb deyil. Təbii ki, millətlərarası münaqişələr böyük problemdir. Böyük şəhərlərin həm işçi sinfinə, həm də ziyalılarına xas olan beynəlmiləlçi mədəniyyət əhəmiyyətli dərəcədə itirilib. Lakin, Bosniya misalının, ondan əvvəl isə - Saakaşvili demaqoqiyasının aşkar şəkildə artıq gücünü itirdiyi Gürcüstan misalının göstərdiyi kimi, millətçilikdən də yorulmaq olur. [...]